Arda Turan "Adana Demirspor"un futbolçusunu istəyir
"Eyüpspor"un baş məşqçisi Arda Turan "Adana Demirspor"un futbolçusuyla maraqlanır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 1-ci liqa komandasının baş məşqçisi 33 yaşlı yarımmüdafiəçi Badu Nidayeni transfer etmək qərarına gəlib.
Arda Turan daha öncə "Trabzonspor" və "Qalatasaray"ın formasını geyinən futbolçu üçün Adana təmsilçisiylə görüşmələrə başlayıb.
Qeyd edək ki, "Eyüpsor" klubu futbolçuya 1-ci liqada çıxış etmək istəməsə, Super liqada çıxış edən "Pendikspor"a 1 mövsümlük icarə əsasında trasnfer olunacaq.