"Arsenal" 19 yaşlı futbolçu ilə maraqlanır

"Arsenal"ın yeni transfer hədəfi bəlli olub.

Sportline.az "The Sun Football" nəşrinə istinadən xəbər verir ki, "Palmeyras"ın brazilyalı futbolçusu Luigi "Arsenal" maraq dairəsindədir.

19 yaşlı vingerin transfer qiyməti 10 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, "Dortmund" və "İnter" klublarıda Luigi ilə yaxından maraqlanır.

Onun "Palmeyras"la müqaviləsi 2029-cu ilin dekabr ayına qədər nəzərdə tutulub.