Mikel Arteta gənc hücumçusu ilə bağlı yekun qərarını verib

"Arsenal"ın baş məşqçisi Mikel Arteta 24 yaşlı hücumçu Eddi Nkeytayla bağlı son qərarını verib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun perofrmansından razı qaldığı üçün  klub rəhbərliyindən Nkeytanı komandada qalmasını istəyib.

Daha öncə İngiltərə klublarından "Brentfırd" və "Kristal Pelas"ın Eddi Nkeyta ilə maraqlandığı bildirilmişdi. 

Qeyd edək ki, Eddi Nkeyta bu mövsüm "Arsenal" forması ilə çıxdığı 24 oyunda 6 qol, 4 asistlə yadda qalıb.