"Arsenal" "Roma"ya elçi düşüb
"Arsenal" "Roma"nın afrikalı futbolçusu Evan Endikanı yay transfer pəncərəsi dövründə heyətinə qatmağı planlaşdırır.
Sportline.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" Evan üçün İtaliya klubuna 34 milyon avro ödəməyə hazırdır.
25 yaşlı müdafiəçinin "Roma" klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Evan Endika cari mövsüm çıxış etdiyi 47 matçda 1 qol 2 asistlə yadda qalıb.