"Arsenal" şotlandiyalı futbolçusu ilə vidalaşır
"Arsenal"ın şotlandiyalı futbolçusu Kieran Tirni mövsümün sonunda komandası ilə vidalaşacaq.
Sportline.az "Daily Record" nəşrinə istinadən xəbər verir ki, "Yuventus", "Bayer" və "Seltik" Tirnin xidmətində maraqlıdır.
27 yaşlı futbolçu bu mövsüm 14 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.
Qeyd edək ki, Kieranın "Arsenal"la müqaviləsi mövsümün sonunda başa çatacaq.