"Arsenal" və "Liverpul" transfer yarışına girib

"Paris Sen-Jermen"in sol cinah vingeri Bredli Barkola İngiltərə nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az "Le10 Sport" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Liverpul" 23 yaşlı futbolçunu heyətinə qatmaq üçün yarışa girib.

B.Barkolanın transfer qiyməti 130 milyon avrodur.

Qeyd edək ki, fransalı futbolçu PSJ-dən ayrılmaq fikrində qətidir.