"Arsenal"dan 60 milyon avroluq transfer cəhdi
"Arsenal" yayda heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, əsas hədəflərdən biri Əyyub Bouaddidir.
"Team Talk"un yaydığı məlumata görə, London klubu bu keçid üçün "Lill"ə 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, A.Bouaddi Misir millisinin üzvüdür.
O, ötən mövsüm meydana çıxdığı 42 matçda 1 asistlə yadda qalıb.