"Arsenal"dan 75 milyon avroluq transfer
"Arsenal" "Barselona"nın fransalı futbolçusu Jul Kundeni heyətinə qatmağı planlaşdırır.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 75 milyon avro ödəməyə hazırdır.
Kundenin "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2022-ci ilin yayında "Sevilya"dan Kataloniya klubuna 50 milyon avro qarşılığında transfer olunmuşdu.