"Arsenal"dan "Dortmund"da keçə bilər

"Arsenal"ın ukraynalı futbolçusu Oleksander Zinçenko karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Dortmund" Zinçenko üçün "Arsenal"la danışıqlara başlayıb.

28 yaşlı müdafiəçinin London klubu ilə müqaviləsi 2026-cı ilin ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Zinçekonun transfer qiyməti 25 milyon avrodur.

O, cari mövsüm çıxış etdiyi 21 matçda 1 qol 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Zinçenko 2022-ci ilin yayında "Mançester Siti"dən "Arsenal"a 35 milyon avro qarşılığında transfer olmuşdu.