"Arsenal"dan Koman həmləsi

"Bavariya"nın fransalı futbolçusu Kinqsley Koman karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Arsenal" Koman üçün "Bavariya"ya 40 milyon avro ödəməyə hazırdır.

27 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Koman bu mövsüm çıxış etdiyi 35 matçda 6 qol və 4 asistlə yadda qalıb.