"Aston Villa" Kevini transfer etmək istəyir

"Aston Villa" "Mançester Siti"nin belçikalı futbolçusu Kevin De Brüyneni azad agent kimi heyətinə qatmaq istəyir.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Birmingem klubu oyunçunun meneceri ilə danışıqlara başlayıb.

33 yaşlı yarımmüdafiəçi mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı dəqiqləşib.

Qeyd edək ki, Kevin De Brüyne bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 matçda 5 qol 8 asistlə yadda qalıb.