"Aston Villa" "Latsio"nun futbolçusunu istəyir
"Aston Villa" "Latsio"nun fransalı futbolçusu Matteo Gündizini heyətinə qatmağı planlaşdırır.
Sportline.az "İnterLive" nəşrinə istinadən xəbər verir ki, Birmingem klubu bu keçid üçün qarşı tərəfə 35 milyon avro təklif edib.
Gündizinin "Latsio" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Nyukasl Yunayted"də 26 yaşlı futbolçu ilə yaxından maraqlanır.