"Aston Villa" yeni qapıçı axtarışına çıxıb
PSJ-nin qapıçısı Lukas Şovalye karyerasını "Aston Villa"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Media Foot" nəşri məlumat yayıb.
24 yaşlı kiper daha çox oynaya biləcəyi kluba keçmək istəyir. Bu səbəbdən Paris klubundan ayrılmaq niyyətindədir.
Qeyd edək ki, Lukas Şovalye ötən ilin yayında "Lill"dən PSJ-yə 40 milyon avro qarşılığında transfer olunmuşdu.