"Atletiko" azarkeşləri bu xəbərə üzüldü

"Atletiko"nun zədəli futbolçusu Dieqo Kosta tibbi müayinədən keçib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, ispan hücumçuda fəqərəarası disk yırtığı aşkarlanıb. Onun yaxın günlərdə əlavə müayinələrdən keçəcəyi bildirilib. Bundan sonra Kostanın əməliyyat olunub-olunmayacağına qərar veriləcək.

İspaniya mətbuatı yazıb ki, 31 yaşlı oyunçu əməliyyat olunacağı təqdirdə, təxminən aprel ayına qədər yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, D. Kosta bu mövsüm 13 matçda 2 qol vurub.