"Atletiko"da yeni futbolçu

Portuqaliyanın "Portu" klubunun futbolçusu Auqusto Felipe İspaniya "Atletiko"suna transfer olunub.

Sportline.az xəbər verir ki, 30 yaşlı müdafiəçi üçün "əjdahalar"a 20 milyon avro ödəniləcək. Braziliyalı oyunçu yeni komandasına iyulun əvvəlində qoşulacaq.

Felipe "Portu"da son 3 ildə çıxış edib. Karyerasına vətəni Braziliyada başlayan futbolçu 2012 - 2016-cı illərdə "Korintians"da çıxış etdikdən sonra "Portu"ya keçib. O, ötən mövsüm 31 oyuna 1 qol vurub, komandası isə gümüş medal qazanıb.

Qeyd edək ki, daha əvvəl "Portu"dan "Atletiko"ya Auqusto Felipe ilə birgə müdafiəçi Aleks Telles və yarımmüdafiəçi Ektor Erreranın da keçəcəyinə dair xəbərlər yayılıb.