"Australian Open": Novak Cokoviç çempion oldu
Böyük Dəbilqə seriyalı "Australian Open" (Avstraliya Açıq) tennis turnirində mübarizə başa çatıb.
Sportline.az xəbər verir ki, finalda yunanıstanlı Stefanos Tsitsipasla serbiyalı Novak Cokoviç qarşılaşıb.
Bütün setlərdə qalib gələn Cokoviç çempion olub.