AVRO 2024-ün ulduzu hansı klublara keçə bilər?

AVRO 2024-ü 3 qol və 2 asist ilə tamamlayan Dani Olmo nəhəng klubların maraq dairəsinə düşüb.

Sportline.az BBC Sport-a istinadla xəbər verir ki,  26 yaşlı futbolçu "Mançester Siti", "Mançester Yunayted", "Çelsi" və "Liverpul" kimi komandaların transfer siyahısındadır.

Almaniyanın "Laypsiq" klubunun üzvü turnirin ilk iki matçında əsas heyətə düşə bilməsə də, lakin pley-off mərhələsində diqqətləri özünə çəkməyi bacarıb.

Almaniya klubu ilə müqaviləsi 2027-ci ildə başa çatacaq futbolçunun hazırki transfer dəyəri 50 milyon avrodur.

Qeyd edək ki, Dani Olmo ötən mövsüm "Laypsiq"in heyətində 8 qol və 5 asist ilə yadda qalıb.