Avropa çempionatı: Azərbaycan Maltaya qarşı

Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bu gün ilk oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, A qrupunda yer alan yığma I turda ev sahibləri ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv növbəti matçında iyunun 29-da Andorra ilə üz-üzə gələcək.

Kiçik ölkələrin Avropa çempionatı

A qrupu, I tur

20:00. Azərbaycan - Malta

Qeyd edək ki, digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.