"Ayaks" klubu türkiyəli futbolçunun transferində maraqlıdır
"Ayaks" klubu türkiyəli hücumçu Kərəm Aktürkoğlunu transfer etmək niyyətindədir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Niderland klubu ayrılmaq istəyərən Stivin Bergvaynın yerinə türkiyəli hücumçunu transfer etmək istəyir.
Avropa klublarında çıxış etmək istəyən Kərəm Aktürkoğlu qərarı "Qalatasaray" klubunun rəhbərliyinə buraxdığını deyib.
Qeyd edək ki, Kərəm Aktüroğlu bu mövsüm 31 oyunda 8 qol, 8 asistlə yadda qalıb.