"Ayın qolu" layihəsinin qalibi mükafatlandırılıb

Azərbaycan II Liqasında “Ayın qolu” layihəsinin qalibi olan “Qusar” klubunun futbolçusu Eşqin Tağıyev mükafatlandırılıb.

Sportline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Fevralın ən yaxşı qolunun müəllifinə mükafatı XX turun "Qusar" - "Lerik" görüşündən əvvəl PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.