Ayntraxt türkiyəli futbolçunu heyətinə qatıb

"Ayntraxt Frankfurt" 18 yaşlı gənc oyunçu Can Uzunu heyətinə qatdığını açıqlayıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Nürnberq"dən heyətə 11 milyon avroya cəlb olunan oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Bu transfer "Nürnberq" tarixinin ən bahalı satışı olaraq tarixə düşüb.

Qeyd edək ki, Can Uzun ötən mövsüm Bundesliqa 2-də 32 oyuna çıxıb və 19 qol, 4 asistlik performans sərgiləyib.