"Ayntraxt"ın gənclərdən ibarət komandasının baş məşqçisi dünyasını dəyişib

 

"Ayntraxt Frankfurt"un 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Helge Raşe sentyabrın 5-də yol qəzasında dünyasını dəyişib. 

Sportline.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Almaniyalı çalışdırıcının 33 yaşı var idi.

Mütəxəssis 2020-ci ilin iyulundan klub sistemində çalışırdı.