Neymar: "Azarkeşlərin qəzəblənməsi normaldır"
"Santos"un kapitanı Neymar Braziliya çempionatının 20-ci turunda "Vasko da Qama"ya 0:6 hesabı ilə uduzduqları oyundan sonra yaşananlarla bağlı utanc hissi keçirdiyini etiraf edib.
Sportline.az xəbər verir ki, ulduz futbolçu "Daily Mail"ə açıqlamasında azarkeşlərin onları sərt tənqid etməyə haqlı olduğunu bildirib:
"Çox utanıram. Oyunumuzdan tamamilə məyus oldum. Azarkeşlərin qəzəblənməsi normaldır. Onların bizi söyməyə, təhqir etməyə haqqı var. Həqiqətən çox pis hiss edirəm. Həyatımda belə bir hal yaşamamışdım".