Azərbaycan atıcısı Almaniyada qızıl medal qazanıb
Azərbaycan atıcısı Xanna Əliyeva Almaniyanın Münhen şəhərində keçirilən H&N Kubokunda qızıl medal qazanıb.
Sportline.az xəbər verir ki, o, pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Əliyeva gənc qızlar arasında mübarizə aparıb.