Azərbaycan Belçikanı məğlub edib
Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında finala yüksəlib.
Sportline.az xəbər verir ki, komanda yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, milli ötən gün qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib - 2:2.