Azərbaycan kuboku: "Araz-Naxçıvan" və "Qəbələ" 1/4 finalda

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin növbəti görüşləri keçiriləcək. 

Sportline.az xəbər verir ki,bu gün daha iki qarşılaşma baş tutacaq.

İlk görüş “İrəvan” və “Araz-Naxçıvan” klubları arasında olacaq. Birinci Liqa ilə Premyer Liqa klublarının daha bir dueli isə Qəbələdə reallaşacaq. “İmişli” “Qəbələ”ni qonaq edəcək. 

13:00 İrəvan - "Araz-Naxçıvan" 2-8
Qollar:
 Vüsal Qənbərov, 16, Vüsal Əsgərov, 37 - Aksel Nqando, 24, 43, 45+4 (pen),
Orxan Əliyev, 25, 51, Miço Kuzmanoviç, 73, Elvis Maşike, 80, 83
Bakı, ASK Arena stadionu
Baş hakim: Cavid Cəlilov.

16:00 "İmişli" - "Qəbələ"

Qol: Mehrac Baxşalı 90+3
Qəbələ şəhər Stadionu
Baş hakim: Emin Əliyev

Dünən 1/8 finalın iki oyunu artıq baş tutub və 1/4 finalçı bəlli olub:
“Sumqayıt” – “Karvan” – 3:1
“Kəpəz” – “Sabah” – 3:4