Azərbaycan millisi Ermənistan seçməsi ilə üz-üzə
18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi bu gün San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, C divizionunda yer alan millimiz B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
Qeyd edək ki, komandamız qrupdakı ilk oyununda "Lüksemburq"a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.