Azərbaycan millisi Gürcüstana qalib gəlib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində Gürcüstana qalib gəlib. 

Sportline.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüşdə 1:0 hesablı qələbəyə sevinib.

 U-17-nin heyətində qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.

Qeyd edək ki, milli turnirdəki son matçını aprelin 19-da, Bakı vaxtı ilə saat 12:00-da Estoniya yığmasına qarşı keçirəcək.