Azərbaycan Qran-prisi mövsümün ən yaxşılarından hesab edilib
"Formula 1" üzrə dünya çempionatında 2021 mövsümünün ən yaxşı Qran-prisi bəlli olub.
Sportline.az xəbər verir ki, bu, azarkeşlər arasında aparılmış sorğu nəticəsində müəyyənləşib.
52 mindən çox fanatın qatıldığı səsvermədə İtaliya Qran-prisi 19 faizlə birinci olub. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunmuş son Qran-pri 16 faizlə ikinci, Braziliyadakı San Paulu Qran-prisi 10 faizlə üçüncü yeri tutub.
Azərbaycan Qran-prisi isə 8 faiz səslə 4-cü olub. İlk "5-liy"i Macarıstan Qran-prisi 7 faiz səslə tamamlayıb.
Qeyd edək ki, 2021-ci il Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçirilib. 2022-ci ildəki yarış 10 - 12 iyunda təşkil olunacaq.