Azərbaycanda oynayan futbolçu İngiltərədə

“Zirə” və "Səbail"in sabiq futbolçu Ali Sesay karyerasını İngiltərədə davam etdirəcək.

Sportline.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Morekamb” kluba keçib.

Bu barədə 5-ci liqa təmsilçinin mətbuat xidməti məlumat yayıb.

Syerre-Leona millisinin sabiq üzvü son olaraq Vyetnamda “Thanh Hoa” klubunda oynayıb.

Qeyd edək ki, Sesay 2020-ci ilin fevralından 2021-ci ilin yanvarəna qədər “Zirə”də, 2021-ci ilin fevralından iyununa qədər isə "Səbail"də çıxış edib.