Azərbaycanda qış “transfer pəncərəsi” açılıb
Klublar heyətlərinə cəlb etdikləri futbolçuları bu gündən etibarən qeydiyyatdan keçirə biləcəklər.
Sortline.az xəbər verir ki, Qış “transfer pəncərəsi” fevralın 8-də, saat 23:59-da bağlanacaq. Komandaların yeni oyunçular almaq üçün 29 gün vaxtları olacaq.
Qeyd edək ki, 2023/2024 mövsümünün yay “transfer pəncərəsi” 2023-cü ilin 15 iyun - 5 sentyabr aralığında olub.