Azərbaycanın tanınmış məşqçisi də Qarabağdakı etiraz aksiyasında
Azərbaycanın tanınmış MMA məşqçilərindən olan Şəhriyar Abbasov da Şuşa-Xankəndi yolundakı etiraz aksiyasına qoşulub.
Sportline.az xəbər verir ki, bu barədə apasport.az-a Abbasovun özü deyib.
O bildirib ki, bu gün ekoloji aksiyanın keçirildiyi yerə gəlib və "Qəbələ" İdman Klubunun koordinatoru Səbuhi Qarayev də onunla birlikdədir.