Bafetimbi Qomis karyerasını başa vurdu
“Qalatasaray”ın sabiq futbolçusu Bafetimbi Qomis karyerasını başa vurduğunu açıqlayıb.
Sportline.az xəbər verir ki, 39 yaşlı futbolçu karyerasını yekunlaşdırıb. Bu haqda öz şəxsi “instaqram” hesabında paylaşım edib.
Bafetimbi Qomis son olaraq Yaponiyanın “Kavasaki Frontale” klubunda çıxış edib.
Təcrübəli futbolçu “Kavasaki” klubunda çıxış etdiyi 24 matçda 3 qol və 3 asistlə yadda qalıb.
Qeyd edək ki, fransalı futbolçu karyerası ərzində “Sen-Entetiyen”, “Lion”, “Suonsi Siti”, “Marsel”, “Qalatasaray” və “Əl-Hilal” kimi klubların şərəfini qoruyub.