Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edir

Bakı daha bir beynəlxalq yarışa ev sahibliyi edir.

Sportline.az xəbər verir ki, Bakı Tennis Akademiyasında Dünya Tennis Turu çərçivəsində "W15 Baku" yarışı keçirilir. Turnirdə 64 idmançı mükafatlar uğrunda mübarizə aparır.

Yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan, Hindistan, Avstraliya, Avstriya, Niderland, Rusiya, Belarus, Latviya, Litva və digər ölkələrdən idmançılar mübarizə üçün paytaxtımıza toplaşıblar. Ölkəmizi bu yarışda Umayra Həşimova təmsil edir. Turnirə avqustun 27-də yekun vurulacaq.

Yarışın mükafat fondu 15 min dollardır.