Bakıda beynəlxalq tennis turniri davam edir

Bakı Tennis Akademiyasında ənənəvi ITF Payız Kuboku turnirinin növbəti - 5-ci mərhələsi davam edir.

Sportline.az xəbər verir ki, 18 yaş kateqoriyasında keçirilən yarışda Azərbaycanla yanaşı Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan, İsrail və digər ölkələrdən ümumilikdə 87 nəfər iştirak edir. Azərbaycanı bu mərhələdə 4 tennisçi təmsil edir: Kənan Qasımov, Elvin Həşimov, İlham Baxşəliyev və Diana Yakovleva. Final görüşləri oktyabrın 1-də keçiriləcək.

Xatırladaq ki, ötən mərhələnin qalibi Kənan Qasımov olmuşdu.