Barak Obama: "Messi mükəmməl olsa da, dünya çempionu deyil"

Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Barak Obama "Barselona"nın argentinalı ulduzu Lionel Messi haqqında açıqlaması ilə yenidən gündəmə gəlib.

Sportline.az xəbər verir ki, eks-prezident Messi haqqında bunları deyib.

"O, ağıllı futbolçudur. Amma ağıllı olduğunu düşündüyümüz insanlar belə öz tərzlərini yaratmaq üçün başqaları ilə birlikdə çalışırlar. Messi mükəmməl futbolçu olsa da, hələ də dünya çempionu ola biməyib".