Barkola "Barselona" hədəfindədir

“Barselona” PSJ-nin hücumçusu Bredli Barkolanın xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Deko futbolçunun nümayəndəsi ilə danışıqlar aparmaq üçün hərəkətə keçib.

Jurnalist Aleks Rodriges Sançesin iddiasına görə, “Barselona” 23 yaşlı oyunçunun transferi üçün Paris klubuna 50 milyon avroluq rəsmi təklif göndərməyə hazırlaşır. Məlumata əsasən, Fransa təmsilçisi də bu məbləğə razılıq verə bilər. Kataloniya klubu Barkolanın özü üçün də sərfəli şərtlər müəyyənləşdirib. Belə ki, futbolçuya vergilər çıxıldıqdan sonra illik 13 milyon avro maaş və 5 illik müqavilə təklif olunacaq.

Qeyd edək ki, Bredli Barkola PSJ-də keçirdiyi üç mövsüm ərzində 152 rəsmi matçda meydana çıxıb. Fransalı hücumçu bu görüşlərdə 39 qol vurub, 37 məhsuldar ötürmə ilə yadda qalıb.

Banner