Barkola üçün İngiltərədən təklif var - Transfer qiyməti 70 milyon avrodur

"Liverpul" Bredli Barkolanı heyətinə cəlb etmək istəyir.

Sportline.az xəbər verir ki, fransalı sol cinah vingerinin transfer qiyməti 70 milyon avrodur.

Bu haqda jurnalist Aleksis Bernardo məlumat yayıb.

Qeyd edək ki, B.Barkola cari mövsüm meydana çıxdığı 48 matçda 13 qol, 7 asistlə yadda qalıb.