"Barselona" fanatlarına bəd xəbər

"Barselona"nın zədəli futbolçusu Usman Dembelenin durumuna tam aydınlıq gətirilib. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı oyunçunun 10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. 

Onun əzələsindəki zədənin ciddi olduğu vurğulanıb.

Qeyd edək ki, bu, Dembelenin cari mövsüm üçüncü əzələ zədəsidir.

Fransa millisinin üzvü Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Borussiya" ilə oyunda zədələnmişdi.