"Barselona" gənc futbolçu ilə razılıq əldə edib
"Barselona" kulubunun baş məşqçisi Xavi Hernandez braziliyalı mərkəz hücumçusnu transfer etmək qərarına gəlib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Vitor Roqui yanvar ayından etibarən "kataloniyalılar"ın təlim məşq toplanışına qatılacaq.
Gənc ulduz Qabinin zədələnməsinin ardından planları alt-üst olan Xavi Hernandez yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçu üçün hərəkətə keçib.
Qeyd edək ki, "Barselona" rəhbərliyi 18 yaşlı mərkəz hücumçusu üçün Braziliyanın "Atletiko PR" kulubuna 39 milyon avro ödəməli olacaq.