"Barselona" Messi ilə bağlı qərar verib

"Barselona" rəhbərliyi Lionel Messinin məvacibini azaltmağa hazırlaşır.
 
Sportline.az El Chiringuito TV-nin Tvitter səhifəsinə istinadən xəbər verir ki, klub prezidenti Jozep Bartomeu yaxın günlərdə bu qərarı açıqlayacaq.
 
Son məlumatlara görə, Messinin illik 90 milyon Avro olan məvacibinin yarısı vergiyə tutulur.
 
Qeyd edək ki, Leonun "Barsa" ilə müqaviləsinin müddəti növbəti mövsümün sonunadəkdir.
 
Qitə mətbuatında argentinalının komandadan ayrılacağı haqda xəbərlər dolaşmaqdadır.