“Barselona” PSJ-nin ulduz futbolçusunu transfer edir

Kataloniya təmsilçisi heyətini gücləndirmək istiqamətində növbəti mühüm addımı atmağa hazırlaşır. 

Sportline .az xəbər verir ki, "Barselona" klubu Bredli Barkola transferini tamamlamağa çox yaxındır.

İnsayder Alex Rodriqez Sançesin məlumatına görə mavi-qırmızılılar fransalı cinah oyunçusu üçün "Paris Sen-Jermen" klubuna 50 milyon avroya qədər təklif təqdim edəcək və qarşı tərəf bu məbləği qəbul etməyə hazırdır.

Bundan əlavə futbolçu ilə 5 illik müqavilə imzalanacaq. Barkolanın illik maaşının isə ümumilikdə 13 milyon avro olacağı bildirilir.

Banner