“Barselona” “PSJ”-nin ulduz oyunçusuna elçi düşüb

“Barselona” rəhbərliyi sol cinah müdafiəçisi mövqeyini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir. Klubun idman direktoru Deko bu istiqamətdə fəaliyyətini sürətləndirib və əsas hədəf kimi Nuno Mendeş müəyyənləşdirilib. 

Sportline.az xəbər verir ki, “Barselona” son aylarda Mark Kukurella və Alexandro Qrimaldo kimi alternativləri nəzərdən keçirsə də, klub daxilində əsas prioritet hər zaman Nuno Mendeş olub.

Kataloniya təmsilçisi portuqaliyalı müdafiəçini uzunmüddətli layihənin vacib hissəsi hesab edir. 

Bu barədə "Mundo Deportivo" nəşri məlumat verib.

Bundan başqa baş məşqçi Hansi Flikdə Mendeş oyun keyfiyyətlərini yüksək qiymətləndirir və onun komandaya uyğun profil olduğunu düşünür. 

Banner