"Barselona" qələbəni belə qazandı

"Barselona" La Liqanın 35-ci turunda "Espanyol"u qəbul edib.

Sportline.az xəbər verir ki, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb

"Barselona" - "Espanyol" - 1:0
Qol:
Suares, 56
Qırmızı vərəqələr: Fati, 50 ("Barselona"), Lozano, 53 ("Espanyol")

Bu qələbə ilə xalını 76-ya yüksəldən "Barsa" 2-ci pillədə qərarlaşıb. 24 xalla sonuncu pillədə qalan "Espanyol"un isə elitanı tərk edəcəyi rəsmiləşib.

Qeyd edək ki, turnir cədevəlinə  77 xalla (34 oyun) "Real" başçılıq edir. "Atletiko" isə 63 xalla 3-cüdür.