"Barselona" - "Real" görüşü təhlükə qarşısında

İspaniya La Liqasının X turunun "Barselona" - "Real" görüşü başqa vaxta keçirilə bilər. 

Sportline.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Oktyabrın 26-ı "Nou Kamp"a təyin olunan oyunun, dekabrın 18-i keçirilməsi gözlənilir. Buna  Kataloniyada siyasi məsələlərə görə baş verən etirazlar səbəb ola bilər. 

La Liqa rəhbərliyi əvvəlcə görüşün yerinin dəyişdirilməsini  təklif etsə, bununla nə klublar, nə də İspaniya Futbol Federasiyası razı olub. Bildirilir ki, bu mövsümün ilk "El Klassiko"sunun vaxtının dəyişdirilməsi variantına isə "Real" və "Barselona" narazı deyil. Son qərarı La Liqa, İspaniya Futbol Federasiyası nümayəndəsi və müstəqil komitə üzvü Lukas Osorionun yer aldığı xüsusi komitə verəcək.