"Barselona" - "Real" görüşünün vaxtı açıqlandı
İspaniya La Liqasının X turundan təxirə salınmış "Barselona" - "Real" görüşünün vaxtı açıqlanıb.
Sportline.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi tvitter səhifəsi məlumat yayıb.
Bildirilir ki, "El Klasiko" öncədən də planlaşdırıldığı kimi, dekabrın 18-nə təyin olunub. "Nou Kamp"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlanacaq.
Qeyd edək ki, təqvimə əsasən, oktyabrın 26-da keçirilməli oyun, Barselonakı etiraz aksiyaları səbəbindən təxirə salınıb.