"Barselona"dan ter Ştegenə yeni müqavilə

İspaniyanın "Barselona" klubu qapıçısı Mark-Andre ter Şteqenlə müqaviləni yeniləməyə hazırlaşır.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, tərəflər bununla bağlı danışıqlar aparır. Növbəti həftə anlaşmanın əldə ediləcəyi gözlənilir.

27 yaşlı qapıçı 2014-cü ildən kataloniylalılarda çıxış edir. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.