"Barselona"nın futbolçusu qarət olundu

"Barselona"nın futbolçusu Artur Ramos "Liverpul"la Çempionlar Liqasının ilk yarımfinal oyunu ərəfəsində qarət olunub. 

Sportline.az "Cadena SER"ə istinadən xəbər verir ki, oğrular qarşılaşma zamanı 23 yaşlı futbolçunun evinə giriblər.

Onlar evin boş olacağına əmin olsalar da, braziliyalı oyunçunun bacısı ilə qarşılaşıblar. Futbolçunun bacısı həmin şəxslərə mane olmağa çalışsa da, oğrular onu təhdid ediblər. Hadisə zamanı Artur Ramosun saatı oğurlanıb, bacısı isə xəsarət almayıb. 

Qeyd edək ki, görüş "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.