"Barselona"nın futbolçusu yeni mövsümdən PSJ-də çıxış edə bilər
"Barselona"nın futbolçusu Jul Kunde yeni mövsümdən etibarən PSJ-də çıxış edə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.
27 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 47 matçda 3 qol, 4 asistlə yadda qalıb.
Qeyd edək ki, J.Kunde "Barselona" ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.