"Barselona"nın futbolçusu zədələndi

"Barselona" ciddi itki ilə üzləşib.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqasının 4-cü turunda ötən gecə "Slavia" ilə oyunda (0:0) zədələnərək əvəzlənən Jordi Alba 1 aya yaxın meydana çıxa bilməyəcək.

Bu gün tibbi müayinədən keçən ispaniyalı müdafiəçinin topuğunda problem aşkarlanıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm La Liqada 6 oyuna 1 qol vurub.